Məhəmmədhüseyn Şəhriyar – Heydər Baba’ya Səlām – Haydar Baba’ya Selām (1 / 29-32)

Standard

Məhəmmədhüseyn Şəhriyar – Heydər Baba’ya Səlām (1 / 29-32)

I Hissə

29 Heydər Baba *Mirzəmmədin baxçası,
Baxçaların turşa, şirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.

30 Bayram olup gızıl palçıq əzəllər,
Nakqış vurup otaqları bəzəllər,
Taxçalarda düzmələri düzəllər,
Gız gəlinin *fındıqçası, hənası,
Həvəslənər anası, gaynanası.

31 *Bakiçınun sözi, sovı, kāğızı,
İnək’lərün *bulaması, ağızı,
*Çərşənbənin girdəkānı, mövizi,
*Gızlar diyər atıl matıl çərşənbə,
Ayna təkin bəxtim açıl çərşənbə.

32 Yumurtanı göyçək’ gülli boyardıq,
Çakgışdırup sınanların soyardıq,
Oynamaqdan bircə məğər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruz güli dərərdi.

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

Muhammed Hüseyin Şehriyar – Haydar Baba’ya Selām (1 / 29-32)

I Kısım

29 Haydar Baba, Mirzemmed’in bahçesi,
Bahçelerin ekşi, tatlı eriği,
Gelinlerin dizmeleri, rafları,
Hey dizilir gözlerimin rafında,
Çadır kurar hatıralar safında.

30 Bayram olup kızıl balçık ezerler,
Nakış yapıp odaları bezerler,
Raflarda dizmeleri dizerler,
Kızın gelinin fındıkçası, kınası,
Heveslenir anası kaynanası.

31 Bakūcunun sözü, sohbeti, kāğıdı,
İneklerin bulaması, ağızı,
Çarşambanın cevizi, kuru üzümü,
Kızlar der: “atıl matıl çarşamba,
Ayna gibi bahtım açıl çarşamba.”

32 Yumurtayı güzel güllü boyardık,
Çakıştırıp kırılanları soyardık,
Oynamaktan bir defa acaba doyar mıydık
Ali bana yeşil aşık verirdi,
Rıza bana nevruz gülü dererdi.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s