Məhəmmədhüseyn Şəhriyar – Heydər Baba’ya Səlām – Haydar Baba’ya Selām (1 / 49-52)

Standard

Məhəmmədhüseyn Şəhriyar – Heydər Baba’ya Səlām (1 / 49-52)

I Hissə

49 Heydər Baba dünya yalan dünyadı,
Süləymannan, Nuhdan galan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsiyə hər nə verüp alupdı,
Əflatunnan bir gurı ad galupdı.

50 Heydər Baba yār u yoldaş döndilər,
Bir bir məni çöldə goyub çöndilər,
Çeşmələrim, çıraxlarım söndilər,
Yaman yerdə gün döndi, axşam oldı,
Dünya mənə xərābə-i Şam oldı.

51 Əmoğlıynan gedən gecə *Gıpçağa,
Ay ki çıxdı atlar gəldi oynağa,
Dırmaşırdıq dağdan aşırdıq dağa,
*Məşməmi Xan göy atını oynatdı,
Tüfəngini aşırdı, sakqıldatdı.

52 Heydər Baba *Qərə Gölün dərəsi,
*Huşgənabın yolı, bəndi, bərəsi,
Orda düşər çil kəhliğün fərəsi,
Ordan geçər yurdumuzun özinə,
Biz də geçək’ yurdumuzun sözinə

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

Muhammed Hüseyin Şehriyar – Haydar Baba’ya Selām (1 / 49-52)

I Kısım

49 Haydar Baba, dünya yalan dünyadır,
Süleyman’dan Nuh’tan kalan dünyadır,
Oğul doğuran, derde salan dünyadır,
Her kimseye her ne vermişse almıştır,
Eflatun’dan bir kuru ad kalmıştır.

50 Haydar Baba, yār ve yoldaş döndüler,
Bir bir beni çölde bırakıp çekildiler,
Çeşmelerim, çerağlarım söndüler,
Kötü yerde gün döndü, akşam oldu,
Dünya bana Şam harabesi oldu.

51 Amca oğluyla gittiğimiz gece, Kıpçağa,
Ay ki çıktı atlar başladı oynamağa,
Tırmanıyorduk, dağdan aşıyorduk dağa,
Meşmemi Han kır atını oynattı,
Tüfeğini aşırdı şakıldattı.

52 Haydar Baba, Kara Göl’ün deresi,
Huşgenabın yolu, bendi, arkı,
Orda düşer çil kekliğin yavrusu,
Ordan geçer yurdumuzun kendisine,
Biz de geçelim yurdumuzun sözüne

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s