Məhəmmədhüseyn Şəhriyar – Heydər Baba’ya Səlām – Haydar Baba’ya Selām (2 / 9-12)

Standard

Məhəmmədhüseyn Şəhriyar – Heydər Baba’ya Səlām (2 / 9-12)

II Hissə

9 Köhnələrin sür sümüği dartılup,
Gurtulanun çul çuxası yırtılup,
Moll’ İbrahim lap əriyüp gurtulup
Şəyxəlislām səhman galup gıbraqdı,
Novruz əli gaçaq geçip goçaqdı.

10 Ahıllarun yetmiş kəfən çürüdüp,
Cahılları dünya qəmi kiridüp,
Gız gəlinlər ət canları əridüp,
Rəxşəndənin nəvə dutur əlini,
Nənə Gızın kürəkəni, gəlini.

11 Çox şükri var, ginə gəldux görüşdux,
İtənlərdən bitənlərdən soruşdux,
Küsmüşdux da Allah goysa barışdux,
Bir də görüş gısmət ola, olmıya,
Ömürlərdə fürsət ola, olmıya.

12 Burda xiyal məydanları genişdi,
Dağlar daşlar bütün mənlə tanışdı,
Görcək məni Heydər Baba danışdı:
Bu nə səsdür sən āləmə salupsan,
Gəl bir görək’, özün harda galupsan

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

Muhammed Hüseyin Şehriyar – Haydar Baba’ya Selām (2 / 9-12)

II Kısım

9 Eskilerin kep kemiği çekilmiş,
Kurtulanın çul çuhası yırtılmış,
Molla İbrahim tam erimiş bitmiş,
Şeyhelislām yerinde kalmış, kıvraktır,
Nevruz Ali kaçak geçmiş, kahramandır.

10 İhtiyarların yetmiş kefen çürütmüş,
Gençleri dünya gamı susturmuş,
Kızlar gelinler vücutlarını eritmiş,
Rahşende’nin torun tutuyor elini,
Nene Kız’ın damadı, gelini.

11 Çok şükür ki yine geldik görüştük,
Yitenlerden bitenlerden soruştuk,
Küsmüştük de Allah korsa barıştık,
Bir daha görüşme kısmet ola, olmaya,
Ömürlerde fırsat ola, olmaya.

12 Burda hayal meydanları geniştir,
Dağlar taşlar bütün benimle tanıştır,
Görünce beni Haydar Baba konuştu:
Bu ne sestir sen āleme salmışsın,
Gel bir görelim, kendin nerde kalmışsın.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s