İslam Səfərli – Kadim şehrim – QƏDİM ŞƏHƏRİM

Standard

İslam Səfərli – Kadim şehrim

Yine yolum düştü Gencebasar’a,
Serin rüzgar esti, güllerin dudağı kaçtı.
Bu yer söz mülkünü alıp hasara,
“Hamse” yi, gururla önümde açtı,
Gök kaşı gümbezler, gri minareler,
Kerpici kınalı kalın duvarlar,
Her saray ölmeğen canlı bir eser
Burada Mehseti’nin söz incisi var.
İncelik hep incede kalır,
Tarih de yaşlanıp Gence’de kalır.

Bakıyorum, aranlı-yaylaklı şehir
Kah düze çağırıyor, kah dağa beni.
İçimde çırpınan bu dövüntüler
Sanki çağırıyor uçmağa beni.
Qoşqara tırmanayım mı, deli Qoşqar,
Yolum “Xaçbulağa” düşsün mü bir de?
Ben sadık şairim ahde, Ilgar,
Geziyorum Elesger gezdiği yerde.
Gözüm bin altın goncada kalır,
İlhamım yurt düşürüp Gence’de kalır.

Hacıkend yolları burum-burumdur,
Her dolay başında bir ocak yanıyor.
Ormanlar şemsiyemdir, dağ gururum,
Burada kanat çırpıp hayal duruyor.
Eller tunç zirveye kartal demekte.
Bu yerin Kepez tek bir kartalı var.
Bir şair Göygöl’e maral demekte,
Şimdi Göygöl’ümün kendi maralı var.
Bu aşk ihtiyara da, gence de kalır,
Güzellik çelengi Gence’de kalır.

Şehre döndüm çoğaldı derdim,
Bin ışık kervanı kalbime aktı.
Bakü’m olmasaydı, kalkıp derdim:
– Gence yurdumun kadim başkenti!
Beni kınamasın sevgili dostlar,
Şairim, şiirim söz meydanıdır.
Burada Acem desenleri var,
Burası gök çınarlar ormanı,
Çünkü sanat evi Gence’de kalır.
Nizami Gencevi Gence’de kalır.

Uyarlayanlar: Elçin Seferli – Ayşen Savadova
Çetin Bayramoğlu

İslam Səfərli – QƏDİM ŞƏHƏRİM

Yenə yolum düşdü Gəncəbasara,
Meh əsdi, güllərin dodağı qaçdı.
Bu yer söz mülkünü alıb hasara,
“Xəmsə”ni, qürurla önümdə açdı,
Göy kaşı gümbəzlər, boz minarələr,
Kərpici xınalı qalın divarlar,
Hər saray ölməyən canlı bir əsər
Burada Məhsətinin söz incisi var.
İncəlik həmişə incədə qalır,
Tarix də qocalıb Gəncədə qalır.

Baxıram, aranlı-yaylaqlı şəhər
Gah düzə çağırır, gəh dağa məni.
Qəlbimdə çırpınan bu döyüntülər
Elə bil səsləyir uçmağa məni.
Qoşqara qalxımmı, dəli Qoşqara,
Yolum “Xaçbulağa” düşsünmü bir də?
Mən sadiq şairəm əhdə, ilqara,
Gəzirəm Ələsgər gəzdiyi yerdə.
Gözüm min qızılı qönçədə qalır,
İlhamım yurd salıb Gəncədə qalır.

Hacıkənd yolları burum-burumdur,
Hər dolay başında bir ocaq yanır.
Meşələr çətrimdir, dağ qürurumdur,
Burda qanad çalıb xəyal dayanır.
Ellər tunc zirvəyə qartal deyibdir.
Bu yerin Kəpəz tək bir qartalı var.
Bir şair Göygölə maral deyibdir,
İndi Göygölümün öz maralı var.
Bu eşq qocaya da, gəncə də qalır,
Gözəllik çələngi Gəncədə qalır.

Şəhərə qayıtdım çoxaldı dərdim,
Min işıq kərvanı qəlbimə axdı.
Bakım olmasaydı, qalxıb deyərdim:
– Gəncədir yurdumun qədim paytaxtı!
Məni qınamasın sevimli dostlar,
Şairəm, şeirim söz meydanıdır.
Bu yerdə Əcəmi naxışları var,
Bura göy çinarlar xiyabanıdır,
Çünki sənət evi Gəncədə qalır.
Nizami Gəncəvi Gəncədə qalır.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s