Rüstem Behrudi – Gedək – Gidelim

Standard

Payızdı-payıza bənzədim,
Bu dərdim çəkilməz, ağır.
Külək əsir sözlərimdən,
Sözlərimə yağış yağır.

Sözlərim üşüyür, gedək,
Gedənmi, qalanmı, kim haqq ?!
Bu payız, ALLAH, dəlilər
Təzdən dəli olacaq.

Gedək buralardan gedək.
Gedək yağışlar yağacaq.
Biz vaxtsız açan çiçəyik,
Üstümüzə qar yağacaq.

Gedək buralardan gedək,
Geyib ayrıliq libasın.
Kölgə tək çəkilib gedək,
Gedək bir kimsə duymasın.

İçim boş bir məzar kimi
Ölən sevdalara açıq.
Getməyə bir yer var, bir yer,
Yazıq ayaqlarım, yazıq.

Sözlərimə yağış yağır,
Eşit pıçıltısın, səsin.
ALLAH kimi çıxıb gedək,
Heç mələklər də bilməsin.

Payızdı,-payıza bənzədim,
Bu dərdim çəkilməz, ağir.
Külək əsir sözlərimdən,
Sözlərimə yağış yağır.

—-

Sonbahardı-sonbahara benzedim,
Bu derdim çekilmez, ağır.
Rüzgar eser sözlerimden,
Sözlerime yağış yağar.

Sözlerim üşüyor, gidelim,
Giden mi, kalan mı, kim hakklı ?!
Bu sonbahar, ALLAH,deliler
Tezden deli olacak.

Gidelim buralardan gidelim.
Gidelim yağışlar yağacak.
Biz vakitsız açan çiçeğiz,
Üstümüze kar yağacak.

Gidelim buralardan gidelim.
Giyip ayrılık örtüsünü.
Gölge gibi çekilip gidelim,
Gedelim tek bir kimse duymasın.

İçim boş bir mezar gibi
Ölen sevdalara açık.
Gitmeğe bir yer var, bir yer,
Yazık ayaklarım, yazık.

Sözlerime yağış yağıyor,
Eşit şırıltısını, sesin.
ALLAH gibi çıkıp gidelim,
Hiç melekler de bilmesin.

Sonbahardı-sonbahara benzedim,
Bu derdim çekilmez, ağır.
Rüzgar eser sözlerimden,
Sözlerime yağış yağar.

Uyğunlaştıranlar: Çetin Bayramoğlu – Ayşen Savadova

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s