Mikayıl Müşfik – DUYGU YAPRAKLARI -Mikayıl Müşfiq – DUYĞU YARPAQLARI

Standard

Mikayıl Müşfiq

Mikayıl Müşfik – DUYGU YAPRAKLARI

1
Ben bir yükselişin sevdasındayım,
Sınıflar savaşı dünyasındayım.
İnsanı, zahmeti değerlendiren
İyi insanların arasındayım.

2
Ben gencim, biliyorum, istikbalim var,
Henüz bedir olmamış bir hilalım var,
Yelkenim açılıyor, kara fırtına, esme!
Benim bu deryada bir sandalım var.

3
Sınıf kavgasına seferberim ben,
Askerler içinde bir askerim ben.
Bu dönemin şairi olmakla, ey dost,
Bir düşün, ne kadar bahtiyarım ben!

4
Atamız dünyadan eh dedi gitti,
Tez sönen ömrüne esinti dedi gitti.
Gül ekti, vay derdi cihan bağından,
Döktüğü yaşlara çiy dedi gitti.

23
Ey bizim dünyanın söz deyenleri,
Ruhun dudağına tutun neyleri!
Bir nağme çalın ki, hayretde kalsın
Bütün devirlerin mugannileri.

24
Gündüz işimizi tamamlayalım.
Yeter ki güzel yerde akşamlayalım.
Hayat kayığını sürüp ileri.
Güzel sahilleri selamlayalım!

25
İşleyip murada erelim, gelin,
Her daldan bir çiçek derelim, gelin.
Güneşin önünde bir çimen gibi
Feyyaz ruhumuzu serelim, gelin.

26
Arayıp bulalım gönüldaşları,
Dindirelim şirin muhabbetleri.
Aşkı his edelim kollarımızda,
Gördükçe ölmeyen letafetleri.

27
Yokdur, kalbimizde ölüm korkusu,
Verir hayatımız bahar kokusu,
Bizim ruhumuzun beşiğindedir
Mahsuldar emeğin şirin uykusu.

28
Seherdir, üzülür can cananından,
Öpüşüp ayrılır canan canından.
Sürahi kabını doldurur herkes
Kızıl tan vakti çağlayanından.

34
Kokusuz laledir manasız şiir,
Kanadsız bir kuştur hülyasız şiir.
Güzelsiz, çalgısız, meclise benzer
Mazmunsuz, ahenksiz, edasız şiir.

35
Dün bir şairin geçtim yanından,
Yılda bir söz çıkmaz hasis canından.
Aşkı, ihtirası olmayan, yeter,
Çıksın bir defalık söz meydanından!

36
Şaire ilhamdan maya gerektir!
Anasız çocuğa destek gerektir!
Şairim söyleyir yerindən duran,
Adamın yüzünde haya gerektir!

37
İster bestekar ol, ister nakkaş ol,
Şair ol, ressam ol, heykeltıraş ol,
Yarattığın şeyi severek yarat,
Herkesten yüksek ol, herkesten önde ol!

 

*****

 

Mikayıl Müşfiq – DUYĞU YARPAQLARI

1
Mən bir yüksəlişin sevdasındayam,
Siniflər döyüşü dünyasındayam.
İnsanı, zəhməti qiymətləndirən
Yaxşı adamların sırasındayam.
2
Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.
3
Sinif qovğasına səfərbərəm mən,
Əsgərlər içində bir əsgərəm mən.
Bu dövrün şairi olmaqla, ey dost,
Bir düşün, nə qədər bəxtəvərəm mən!
4
Atamız dünyadan eh dedi getdi,
Tez sönən ömrünə meh dedi getdi.
Gül əkdi, vay dərdi cahan bağından,
Tökdüyü yaşlara şeh dedi getdi.
5
Bu Sovet elləri indi bizimdir,
Gülşənin gülləri indi bizimdir.
Dostum, aç sinəni, nəfəs al daha,
Əsən dan yelləri indi bizimdir.
6
Bu sonsuz fəzalar bizimdir, ey dost!
Bu dərin dəryalar bizimdir, ey dost!
Səmada ulduzlar, yerdə çiçəklər,
Ətirlər, ziyalar bizimdir, ey dost!
7
Uzaq üfüqlərdən yenə səs gəlir,
Böyük inqilaba dadirəs gəlir.
Təslim ol, deyirəm, faşist ordusu!
Üstünə dağ kimi Dolores gəlir.
8
Canlanır gözümdə günəş yavrusu,
Afrika arslanı – həbəş yavrusu,
Dağlarmı boylanır qaz dumanından,
Yoxsa azadlığın sərkəş yavrusu?!
9
Faşizm qəsqırtaraq sümsük itləri,
Dalayır, talayır, məmləkətləri.
Bu gün barışsa da yarın qapacaq
Quduz Mussolini quduz Hitleri!
10
Bir məxluq var, işi dava-dalaşdır,
Dartanlar, yırtanlar ona hamaşdır.
Bu gecələr aya hürən zavallı,
Ya Trotskidir, ya alabaşdır.
11
Dağıdın dünyanı saran sisləri,
Bu müxənnəsləri, bu iblisləri.
Vuruşub döyüşmək zamanıdır bu,
Ey insan qəlbinin mühəndisləri.
12
Bəşər bir-biriylə qanlı bıçaqdır,
Azadlıq anadır, dünya uşaqdır.
Səfil övladını bu ana bir gün
Öz isti qoynunda oxşayacaqdır!
13
Nədir hakim olub köküs dağlamaq,
Əllərə, qollara zəncir bağlamaq?
Yaslı bir ananın saçları kimi
Nədir məhkum olub səssiz ağlamaq?!
14
Sülhün, səlamətin dadı başqadır,
Qardaşca zəhmətin dadı başqadır.
Bir günəş altında, bir yer üzündə
Asudə qismətin dadı başqadır.
15
Hər yetən at sürdü meydan başında,
Min oyun oynatdı dövoran başında.
Gurlamaz bir daha bizim ölkədə
İnsan ildırımı insan başında!
16
Görmüş xəzanları, ildırımları,
Bir üzüm qaradır, bir üzüm sarı.
Bu gün şadlığımı çalsın, çağırsın
Bülbülün mahnısı, Qurbanın tarı!
17
Nə gərək, sormayın, nə soydanam mən,
Əməkçi ellərə mehribanam mən.
Yarpaqdan ayrılan, şəfəqdən qopan
Dünyanın bəzəyi bir insanam mən.
18
Mən də bir bülbüləm ellər bağında,
Ötürəm fikrimin şax budağında.
Çıxıb zirzəmidən dinləyyir məni
Kolxozçu qardaşım ağ otağında.
19
Cahan fikrimizlə süslənəcəkdir,
Hər zaman nəğməmiz səslənəcəkdir.
Bu dünya mehriban qucağımızda
Şən bir çocuq kimi bəslənəcəkdir.
20
Xəyalım ölkəmin abadlığında,
Könlüm el toyunda, el şadlığında.
Əməyin, təhsilin, istirahətin
Özgə bir nəşə var azadlığında.
21
Bizim bu devrimiz başqa devirdir,
Əməkçi insanlar gözümdə birdir.
Mənə ilham verən, şeir yazdıran
Günəşin yoldaşı Mingəçevirdir.
22
İş bizə çox şeylər qandıracaqdır.
Ölkəmiz cənnəti andıracaqdır.
Ellər yüksəlişin al çırağını,
Ey Kür, sahilində yandıracaqdır!
23
Ey bizim dünyanın söz deyənləri,
Ruhun dodağına tutun neyləri!
Bir nəğmə çalın ki, heyrətdə qalsın
Bütün dövürlərin müqənniləri.
24
Gündüz işimizi tamamlayalım.
Təki yaxşı yerdə axşamlayalım.
Həyat qayığını sürüb iləri.
Gözəl sahilləri salamlayalım!
25
İşləyib murada irəlim, gəlin,
Hər daldan bir çiçək dərəlim, gəlin.
Günəşin önündə bir çəmən kimi
Fəyyaz ruhumuzu sərəlim, gəlin.
26
Axtarıb tapalım həmsöhbətləri,
Dindirəlim şirin məhəbbətləri.
Eşqi hiss edəlim qollarımızda,
Gördükcə ölməyən lətafətləri.
27
Yoxdur, qəlbimizdə ölüm qorxusu,
Verir həyatımız bahar qoxusu,
Bizim ruhumuzun beşiyindədir
Məhsuldar əməyin şirin uyqusu.
28
Səhərdir, üzülür can cananından,
Öpüşüb ayrılır canan canından.
Sürahi qəlbini doldurur hər kəs
Altun fəcirlərin çağlayanından.
29
Göy bir məhəbbətə açıq qucaqdır,
Sanasan ulduzlar körpə uşaqdır,
Bizim gənc analar öz qucağında
Çox böylə ulduzlar parladacaqdır.
30
Kim yanılıb deyir: ömür masaldır,
Bir şirin uyqudur, bir xoş xəyaldır?
Hər an təbiəti gözəlləndirən
Bu insan tükənməz bir kapitaldır!
31
Əl çək bir dəfə də öz acığından!
Üz çevir gördüyün murdar yığından!
Bir az da danışsaq heə yaman olmaz,
Bizim dövrümüzün yaxşılığından.
32
Qardaşım, bunu da yaz dəftərinə,
Get mənim dilimdən çatdır yerinə:
Ölsün bü dünyada xain çıxanlar
Ordenli Bəstinin alın tərinə!
33
Yaşasın dünyada ulu qəlbimiz!
Böyük arzularla boylu qəlbimiz!
Nəşəmiz, qayğımız, ehtirasımız,
Büllur bir cam kimi dolu qəlbimiz!
34
Qoxusuz lalədir mənasız şeir,
Qanadsız bir quşdur xülyasız şeir.
Gözəlsiz, çalğısız, məclisə bənzər
Məzmunsuz, ahəngsiz, ədasız şeir.
35
Dünən bir şairin keçdim yanından,
İldə bir söz çıxmaz xəsis canından.
Eşqi, ehtirası olmayan, yetər,
Çıxsın birdəfəlik söz meydanından!
36
Şairə ilhamdan maya gərəkdir!
Anasız çocuğa dayə gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə haya gərəkdir!
37
İstər bəstəkar ol, istər nəqqaş ol,
Şair ol, rəssam ol, heykəltəraş ol,
Yaratdığın şeyi sevərək yarat,
Hamıdan yüksək ol, hamıdan baş ol!
38
Könül, səndə yenə həyəcanmı var?
Uçub qalxmadığın asimanmı var?
Söylə, sənin kimi bu asimanda
Tufan rəqqasəsi bir tərlanmı var?
39
Hər tərəfdə quran toy-busat mənəm,
Ulduzlarla edən ixtilat mənəm.
Mənim azadlığım qucağa sığmaz,
Yer mənəm, göy mənəm, kainat mənəm!
40
Yazmaram, ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa
El kəsib qarşımı burdaca sordu:
Gözdən yaş çıxarmı ürək yanmasa?
41
Qönçə açılarmı, bahar olmasa?
Şölə titrəyərmi, ruzgar olmasa?
Bu nəğmə ruhumdan qoparmı, bilməm,
Mənə ilham verən dostlar olmasa?!

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s